Avropa çempionatı: Zirəddin Marqaryana qarşı

İdman

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, sərbəst güləşçilərimizdən Tofiq Əliyev (57 kq) bürünc medal uğrunda bolqar İvaylo Tisovla güləşəcək.

Zirəddin Bayramov (65 kq) yarımfinalda fransalı Mərvan Əhməd Yezzaya 6:2 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Bayramov həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşacaq.

Əşrəf Aşırov (79 kq) bürünc medal qarşılaşmasına çıxmaq üçün təsəlliverici görüşdə almaniyalı Konstantin Şableylə üz-üzə gələcək.

İslam İlyasov (97 kq) yarımfinalda macar Rixard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparacaq.

Bu çəkilərdə təsəlliverici və medal görüşləri bu gün keçiriləcək.

Qeyd edək ki, Rusiya, Ukrayna, Belarus idmançılarının yarışmadığı Avropa çempionatında dünən qadın güləşçilərimizdən Jalə Əliyeva (62 kq) Avropa çempionu olub, Gültəkin Şirinova (53 kq) bürünc medal qazanıb.

Beləliklə, qadın millimiz yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir