ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

ABŞ Maliyyə Nazirliyi bildirib ki, ölkə Rusiya Dövlət Dumasına və onun 328 deputatına qarşı sanksiyalar tətbiq edir.

Nazirlik xatırladıb ki, Rusiya parlamentinin aşağı palatası Rusiya prezidenti Vladimir Putinə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması xahişi ilə müraciət qəbul edib. Amerika hakimiyyəti bunu Rusiya qoşunlarının Ukraynaya daxil olmasına haqq qazandırmaq üçün hiylə adlandırıb.

Həmçinin, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları “Sberbank”ın rəhbəri German Qrefə də şamil olunub.

Bundan əlavə, yeni məhdudiyyətlər Taktik Raketlər Korporasiyası və onun rəhbəri Boris Obnosova, eləcə də bu şirkətlə əlaqəli bir sıra müəssisələrə də təsir edib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir