Bakıda keçmiş məhkum “Makarov”
markalı odlu silahla saxlanılıb

Daxili İşlər Nazirliyi Kriminal
Spread the love

Bakıda keçmiş məhkum “Makarov”
markalı odlu silahla saxlanılıb

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.
9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.

31 yanvar 2023-cü il

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir