Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlayıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb. Araşdırmalarla onun 3960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nəğd pul oğurladığı müəyyən olunub. Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.
Onun barəsində Bərdə RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir