Kəlbəcər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 28 dekabr 2022- ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə 2022- ci il ərzində fəallıq göstərən gənclər , eləcədə yüksək nailiyyətlər qazanmış idmançılarla görüş keçirldi.
Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, ali məktəb tələbələri, idmançılar və onların məşqçi müəllimləri, Qazilər və valideyinlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə idarə rəisi Musa Mamedov açaraq , şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gənclərimizin , eləcədə idmançılarımızın 2022- ci il ərzində əldə etdikləri nailiyyətlərdən geniş söhbət açaraq , tədbir iştirakçılarını Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi.
Yekunda 53 nəfər fəal gənc və idmançılar Kəlbəcər rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif edildilər.





























www.102info.az
