13 yaşlı oğlanı ilan sancıb

Cəmiyyət

Zaqatalada 13 yaşlı oğlanı ilan sancıb.

APA-nın şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Kəpənəkçi kəndində baş verib.

2009-cu il təvəllüdlü M. Kərimov yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan qəfildən onu əlindən sancıb.

M. Kərimova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir