Xırdalan çörəyindən narazılıq: Vətəndaş çörəyin içindən naməlum cisim çıxdığını iddia edir – VİDEO

Cəmiyyət

Patrul.az redaksiyasına müraciət edən vətəndaş Xırdalan Çörək Zavoduna məxsus olduğunu bildirdiyi çörəyin içərisindən naməlum cismin çıxdığını iddia edib.

Şikayətçi bununla bağlı Patrul.az-a videogörüntü təqdim edərək bildirib ki, aldığı çörəyi istifadə etmək istəyərkən içərisində naməlum cisim aşkar edib. Onun sözlərinə görə, belə halların baş verməsi istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Vətəndaş məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edərək hadisənin obyektiv araşdırılmasını, məhsulun istehsal və qablaşdırılma prosesinə nəzarətin gücləndirilməsini, aşkar edilən fakt təsdiqini tapacağı təqdirdə isə qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.

Patrul.az qeyd edir ki, bu məlumat vətəndaşın iddiasına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xırdalan Çörək Zavodu və aidiyyəti qurumların məsələ ilə bağlı rəsmi açıqlaması daxil olacağı təqdirdə, onu da dərc edəcəyik.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir