33 İllik Həsrətə Son: Şəhid Piriyev Rəşadət Əli oğlunun nəşi tapıldı

Qəhraman vətən oğlulları
Spread the love

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir Vətən oğlunun nəşinin qalıqları aşkarlanıb.

Uzun illərdir ailəsinin yolunu gözlədiyi şəhid Piriyev Rəşadət Əli oğlunun nəşi müvafiq dövlət qurumları tərəfindən aparılan araşdırma, ekspertiza və identifikasiya tədbirləri nəticəsində müəyyən olunaraq tapılıb. Bununla da illərlə davam edən bir həsrətə, bir gözləntiyə son qoyulub.
Əldə olunan məlumata əsasən, şəhidimizin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək. Şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-də Bərdə rayonunun Yeni Daşkənd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidimiz Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, Vətən müharibəsi qazisi, polis polkovniki Rəşid Piriyevin doğma qardaşıdır.
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimizin taleyinin aydınlaşdırılması istiqamətində dövlət tərəfindən aparılan ardıcıl işlər xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır. Hər tapılan şəhid nəşi bir ailənin qapanmayan yarasına təsəlli, bütöv bir xalqın isə yaddaşına həkk olunan müqəddəs bir dönüş olur.
Allah şəhidimiz Piriyev Rəşadət Əli oğluna rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk.

Şəhidlər ölməz, Vətən bölünməz!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir