Qazilər Bakıda gecələmək üçün yer tapmadı — Polis və jurnalis yardım etdi

Azərbaycan Polisi

Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin bir qrup qazisi sosial və məişət problemlərini dövlət rəhbərliyinə çatdırmaq məqsədilə Naxçıvandan Bakıya gəlilib. Prezident Administrasiyasına müraciət etmək istəyən qazilər paytaxta çatdıqdan sonra qalmaq üçün yer tapmaqda çətinliklərlə üzləşiblər.

Məlumata görə, həmin gün Bakıda onlara nə istirahət yeri, nə də qida təminatı mövcud idi. Qazilər gecəni küçədə keçirmək məcburiyyətində qalıblar.

Hadisədən xəbər tutan Səbail Rayon Polis İdarəsinin ərazidə xidmət aparan PPXB əməkdaşları dərhal qazilərə yaxınlaşaraq onlara yardım göstəriblər. Polis əməkdaşları qazilərə sığınacaq, isti yemək, su və istirahət üçün şərait təşkil edib.

Qazilərə yardım edənlər arasında Xebernur.com və Kanal15 TV-nin rəhbəri Nuranə Abdullayeva da olub. O, qazilərin gecəlik yerləşdirilməsi və ehtiyaclarının təmin edilməsi üçün şəxsi təşəbbüs göstərib. Jurnalist bildirib ki, qazilər onun üçün “atasından qalan bir xatirə kimi dəyərlidir”.

Bu hadisə bir daha göstərib ki, qazilər — döyüş meydanından qayıtmış, yaralarla yaşayan bu insanlar — cəmiyyətin ən həssas təbəqəsidir və onların problemlərinin diqqətdən kənarda qalması ciddi narahatlıq doğurur.

Ekspertlər qeyd edir ki, belə hallar dövlət qurumlarının qazilərlə bağlı sosial məsələlərdə daha çevik və koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyini ortaya qoyur.

Qazilərin sözlərinə görə, onların əsas məqsədi şəxsi maraq güdmək deyil, illərlə həll olunmamış problemlərini ölkə rəhbərliyinə çatdırmaqdır.

Hadisə ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub və qazilərə göstərilən dəstək, xüsusilə polis əməkdaşlarının operativ reaksiyası, müsbət qarşılanıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir