
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycanın ən çətin və strateji bölgələrindən birində – Kəlbəcər rayonunda, eyni zamanda Gəncə şəhərində yerləşən Yeni qəsəbədə, Göygöl rayonunun müəyyən hissələrində və Ağdərə rayonunun 23 kəndində böyük fədakarlıq və məsuliyyətlə xidmət edirlər. Müstəsna peşəkarlıq nümayiş etdirən bu əməkdaşlar, cinayətkarlığın qarşısının alınması, ictimai asayişin qorunması, hüquq və qaydanın təmin olunması istiqamətində böyük uğurlar əldə ediblər.

Xidməti ərazilərin mürəkkəbliyi, coğrafi baxımdan çətin relyefi və regionda hökm sürən spesifik təhlükəsizlik problemləri Kəlbəcər polisi qarşısında böyük vəzifələr qoyur. Lakin Kəlbəcər Rayon Polis Şöbəsinin rəhbəri, polis polkovniki Haqverdi Əkbərovun rəhbərliyi altında bu çətin vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Haqverdi Əkbərov öz fəaliyyəti ilə əsl rəhbər nümunəsi sərgiləyir. O, kollektivdə peşəkarlığın artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə və xidmətin effektivliyinin artırılmasına xüsusi önəm verir.
Haqverdi Əkbərovun təşəbbüsləri nəticəsində cinayətlərin qarşısının alınması istiqamətində bir sıra profilaktik tədbirlər həyata keçirilir. Əraziyə nəzarət gücləndirilib, hüquq pozuntularının aşkarlanması və qarşısının alınması üçün müasir texnologiyalardan istifadə edilir. Şöbənin əməkdaşları tərəfindən keçirilən reydlər, profilaktik görüşlər və maarifləndirici tədbirlər bölgədə sabitliyin qorunmasına mühüm töhfə verir.
Ağdərə rayonunun 23 kəndində də Kəlbəcər polisi uğurla xidmət aparır. Burada həm mülki əhalinin təhlükəsizliyi təmin olunur, həm də dövlətin suverenliyi qorunur. Xüsusilə kənd yerlərində əhali ilə sıx ünsiyyət qurulması, onların problemlərinə həssas yanaşılması, kəndlərdə hüquq qaydasının bərqərar olması istiqamətində mühüm işlər görülür.
Göygöl rayonu ərazisində və Gəncə şəhəri Yeni qəsəbədə fəaliyyət göstərən xidmət sahələri də Kəlbəcər polisinin fəaliyyət coğrafiyasının genişliyini və məsuliyyətinin böyüklüyünü göstərir. Burada da asayişin təmin olunması, hüquq pozuntularına qarşı operativ tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.
Əlbəttə ki, bütün bu uğurlar təsadüfi deyil. Kəlbəcər polisi öz işində dövlətə sədaqəti, xalqa xidməti və qanunlara hörməti əsas prinsiplər kimi qəbul edir. Əməkdaşlar hər zaman çətin şəraitdə belə, vəzifə borclarını ləyaqətlə yerinə yetirir, vətənə və xalqa xidmət etməyi şərəf borcu hesab edirlər.
Bugün Kəlbəcər Rayon Polis Şöbəsinin fəaliyyəti, polis polkovniki Haqverdi Əkbərovun rəhbərliyi ilə bölgənin təhlükəsizliyi və asayişi naminə yorulmadan aparılan fədakar və şərəfli xidmətin parlaq nümunəsidir. Onların əzmkar fəaliyyəti yalnız Kəlbəcər əhalisi tərəfindən deyil, bütün ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın hər qarış torpağında, hər bir yaşayış məntəqəsində sabitlik və təhlükəsizliyin təmin olunması üçün çalışan bu qəhrəmanlar, xalqımızın rifahı və dövlətimizin qüdrəti üçün ön cəbhədə mübarizə aparırlar.
Başda rəis Haqverdi Əkbərov olmaqla bütün şəxsi heyətə uğurlar arzulayıram. Sizə məsuliyyətli xidmətinizdə möhkəm iradə, sağlamlıq və yeni nailiyyətlər diləyirəm. Əminəm ki, gələcəkdə də vətənə və xalqa ləyaqətlə xidmət edəcəksiniz.
Tural Kəlbəcərli
Qızıl Qələm mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Qəhrəman Azərbaycan Polisi kitabının müəllifi
102info.az xəbər agentliyinin rəhbəri.
102info.az
