Sumqayıt şəhəri təkcə Azərbaycanın sənaye mərkəzlərindən biri deyil, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində nümunəvi fəaliyyət göstərən hüquq-mühafizə orqanları ilə seçilir. Xüsusilə Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsi cinayətkarlıq və narkomaniyaya qarşı mübarizədə daim ön sıralarda yer alır, vətəndaşların təhlükəsiz həyatını təmin etmək naminə yorulmadan çalışırlar.
Sumqayıt Şəhər Polis İdarəsi cinayət hadisələrinin vaxtında aşkarlanması, qarşısının alınması və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində sistemli və nəticəyönümlü iş aparır. Müasir texnologiyalardan, analitik üsullardan istifadə etməklə, həm də vətəndaşlarla sıx əlaqə yaradaraq şəhərdə ictimai sabitliyin qorunmasına nail olunur.
Daim keçirilən reydlər, profilaktik tədbirlər və maarifləndirmə aksiyaları nəticəsində şəhərdə cinayətlərin sayı azalmaqda davam edir. Xüsusən gənclər arasında baş verə biləcək hüquqazidd halların qarşısının alınması üçün məktəblərdə, universitetlərdə və müxtəlif ictimai yerlərdə polisin təşəbbüsü ilə mütəmadi görüşlər təşkil olunur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə mübarizə Sumqayıt polisi üçün prioritet istiqamətlərdən biridir. Polis əməkdaşları həm narkotik vasitələrin satışını həyata keçirən şəxslərin ifşa olunması, həm də istifadəçilərin reabilitasiyasına yönəlmiş tədbirlər görürlər.
Əldə olunan əməliyyat məlumatları əsasında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində iri miqdarda narkotik vasitələr dövriyyədən çıxarılır, bu vasitələrin gənclər arasında yayılmasının qarşısı alınır. Bundan əlavə, polis əməkdaşları tərəfindən məktəblərdə və ali təhsil müəssisələrində narkomaniyanın fəsadları barədə maarifləndirici tədbirlər keçirilir. Gənclərə sağlam həyat tərzinin təbliği və narkotik maddələrin təhlükələri izah olunur.
Sumqayıt Dövlət Yol Polisi Şöbəsi də şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülük mədəniyyətinin artırılması istiqamətində mühüm fəaliyyət göstərir. DYP əməkdaşları yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətlə yanaşı, sürücülər və piyadalar üçün maarifləndirici kampaniyalar da həyata keçirir.
Sumqayıt polisi üçün cəmiyyətlə qarşılıqlı əməkdaşlıq əsas prinsiplərdəndir. Vətəndaşlarla güvənə əsaslanan münasibət, onların problemlərinə həssas yanaşma polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olur. Polis əməkdaşları, sadəcə qanunu qoruyan qurum deyil, həm də insanlara dayaq olan, onların həyatına müsbət təsir göstərən bir güc kimi çıxış edir.

SƏRBAL ƏSGƏRLİ
102info.az şöbə müdri
102info.az
