Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb – VİDEO

Dünya
Spread the love

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar.

V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz “Facebook” səhifəsində paylaşıb.

V.Avetisyan baş verənlərə görə, Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırıb.

Qeyd edək ki, Volodya Avetisyan N.Paşinyanı mütəmadi tənqid edən keçmiş hərbçilərdəndir. O, N.Paşinyanı Azərbaycana məxsus olan əraziləri Bakıya qaytarmaqda, döyüşsüz təslim etməkdə ittiham edir.

“Nikol Paşinyan öz ölkəsini qorumaq istəyən bütün vətənpərvərləri təqib edir”, – Volodya Avetisyan.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir