Türkiyədə içməli su xəttinin inşası zamanı çökmə baş verdi: İşçilər torpaq altında qaldılar – FOTO/VİDEO

Dünya
Spread the love

Türkiyənin Trabzon vilayətinin Hayrat rayonunda içməli su xəttinin inşası zamanı çökmə baş verib.

Rayonun Balaban məhəlləsində baş verən hadisədə 3 işçi torpaq altında qalaraq həyatını itirib.

Podratçı şirkət tərəfindən həyata keçirilən “Of-Hayrat Group İçməli Su” layihəsi çərçivəsində aparılan işlər zamanı sınaq məqsədilə verilən təzyiqli su çökməyə səbəb olub.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib. Nəticədə 3 işçinin meyiti aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Hürriyet

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir