Gəncədə və Ağstafada zəhərlənmə faktları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Gəncədə 2001-ci il təvəllüdlü Əliyev Kamil zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Ağstafada isə rayonun Dağkəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Səbinə Xudaverdiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki xəstə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
İlhamə Əbülfət
www.102info.az
