2023-cü il dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” və “Nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Universitetin karyera mərkəzinin müdiri, Xuraman Həmidova eləcə də tələbələr iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi olduğu bildirilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev təəssüf hissi ilə bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərində hadisə qurbanları içərisində tutumu yüksəkdir. Hər bir gəncin yüksək bilik və bacarıqlarını formalaşdırmağı ilə yanaşı nizamlı-intizamlı olması xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir.
Polis baş leytenantı Tural Niftalıyev dünya statistikası barədə də məlumat verib.Bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hər il dünyada orta hesabla 1.3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir.ÜST-ün məlumatlarına görə , dünyada qeydə alınan qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir.Dünyada 16-29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur.Bu səbəbdəndə, yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər intensivləşdirilib.
Polis baş leytenantı Tural Niftalıyev onu da xüsusi vurğulayıb ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktiki tədbirlər müsbət nəticə verib. 2023-cü ildə bugünədək olan dövr ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Tədbir diskusiya şəklində maraqlı və yadda qalan keçib.
Tədbirin yekununda, Universitetin karyera mərkəzinin müdiri, Xuraman Həmidova
belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələri maarifləndirdiyinə görə, polis baş leytenantı Tural Niftalıyevə Universitetin rəhbərliyi və kollektivi adından minnətdarlığını bildirib.






www.102info.az
