Azərbaycan millisinin oyununa hakimlər təyin olundu

İdman

Futbol üzrə Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, martın 29-da baş tutacaq yoldaşlıq oyununu maltalı hakimlər briqadası idarə edəcək.

Maltanın Ta Kali şəhərindəki Milli stadionda keçiriləcək matçda Trastin Farucia Kann fit çalacaq. Ona Luk Portelli və Dankan Sultana kömək edəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir