Azərbaycan millisi 2022-ci ilin ilk matçına adada çıxır

İdman

Bu gün futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, italiyalı Canni De Byazinin baş məşqçisi olduğu komanda Malta adasında yerli yığma ilə üz-üzə gələcək.

Maltanın Ta Kali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşma komandalar arasında doqquzuncu duel olacaq. Ümumilikdə iki qələbə və üç heç-heçəsi olan Azərbaycan yığması üç dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var – 13:9.

25 mart

Yoldaşlıq oyunu

22:00 Malta – Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Ta Kali. Milli Stadion

Xatırladaq ki, Azərbaycan yığması dörd gün sonra eyni arenada Latviya millisi ilə də yoldaşlıq oyunu keçirəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir