Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Daxili İşlər Nazirliyi secilmis

Nərimanov Rayon Polis İdarəsinin təşkilatçılığı ilə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Görüşdə RPİ-nin rəisi polis polkovniki Arzu Heydərov, gimnaziyanın direktoru İlqar Talıbov, eləcə də pedoqoji heyəti, təhsilalanlar və polis əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən polis polkovniki A.Heydərov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirlərini diqqətə çatdırıb, gənclərə təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib. Həmçinin, narkotiklərin satışı, alışı və istifadəsi ilə məşğul olanların məsuliyyətə cəlb olunmaları üçün birgə səylərin vacibliyini önə çəkib.

Görüşdə digər çıxışçılar bəşəriyyətin ən ağrılı problemlərindən olan, milli-mənəvi təhlükə mənbəyinə çevrilən narkomaniyanın dinindən, irqindən, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcəli təhlükə olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən sosial çarx nümayiş etdirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir