“Xəzər dənizi daxili su hövzəsi olaraq dünyanın ən iri gölü hesab edilir. Xəzər dənizinin uzunluğu şimaldan cənubadək 1200 kilometr, eni isə orta hesabla təxminən 320 km təşkil edir. Volqa, Ural, Kür və sair çayların hövzəsindən ibarət olan dəniz ərazisinin iqlim müxtəlifliyi şimaldan bataqlıq, şərq və qərbdən isə yarıquraq və isti quraq sahillərlə əhatə olunması ilə izah edilir”.
Onun sözlərinə görə, iqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib:
Azərbaycanın bütün ərazisində bu müddət ərzində yağıntının miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Bunun müqabilində isə orta aylıq temperaturun yüksəlməsi gözlənilir. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan təlabatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir”.
“Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində hər bir tərəf maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub-saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam edir. Beləliklə, Xəzər dənizinin ekoloji problemlərinin həlli regional əhəmiyyət kəsb etdiyinə görə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirilir.
Bununla əlaqədar hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub-saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində sazişlər imzalanıb və qüvvəyə minib”.
www.102info.az
