Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib – FOTO

Cəmiyyət

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində reyd təşkil olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hərəkətin intensiv olduğu küçələrdə keçirilən reyd zamanı ərazidə yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Bu kimi halların özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaratdığı onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir