DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı.

Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar. Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir