Evdən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurladı – saxlanıldı

Kriminal

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.

Araşdırma davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir