Bu gün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Baş səhifə

Bu gün – 26 avqust, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva 1964-cü il 26 avqust tarixində Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1988-1992-ci illərdə Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb.

1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılıb. 1996-cı ildə Azərbaycan mədəniyyətini dünyada tanıtmaq məqsədilə “Azərbaycan – İrs” jurnalının nəşrinə başlayıb. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ildə Azərbaycan musiqi irsinin qorunmasına görə UNESCO-nun xoşməramlı səfiri;

2006-cı ildə təhsil, mədəniyyət və humanitar sahələrdə xidmətlərinə görə ISESCO-nun xoşməramlı səfiri;

2014-cü ildə Olimpiya dəyərlərinin təbliğinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” mükafatı;

2016-cı ildə Avropa Olimpiya Komitələrinin Ali Ordeni;

2019-cu ildə Azərbaycan-Rusiya əlaqələrinə verdiyi töhfələrə görə Rusiyanın “Dostluq” ordeni.

Mehriban Əliyeva 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilib, 2013-cü ildə YAP-ın sədr müavini, 2021-ci ildə isə partiya sədrinin birinci müavini olub. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Mədəniyyətin, təhsilin və idmanın inkişafındakı xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan ərazilərə mütəmadi səfərlər edir, təməlqoyma və açılışlarda iştirak edir, tarixi abidələrin bərpasına xüsusi diqqət göstərir.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və doqquz nəvəsi var.

Bu gün bütün Azərbaycan xalqı onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

Könül Nəbizadə

“Qızıl qələm” mükafatı laureatı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)

Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş

Vətən naminə medalla təltif edilmiş

Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin fəxri üzvü.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir