Bakıda moped oğurlayanları polis saxlayıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Nəsimi rayonu Mircəlal küçəsində yerləşən evlərin birinin qarşısından bir nəfərə məxsus motosikletin qaçırılması barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 26 yaşlı K.Məlikov və 22 yaşlı İ.Qambayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin bundan əvvəl də iki nəfərə məxsus mopedləri oğurlaması məlum olub.

Bununla yanaşı mopedləri sökərək satmaq məqsədilə alan 32 yaşlı H.Qurbanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir