Xaçmazda “Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar tədbir keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xaçmazda “Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar tədbir keçirilib.

“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində məktəblilərə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, onların bu sahədə məsuliyyət hissinin gücləndirilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təçkilatçılığı rayonun 9 nömrəli tam orta məktəbində maarifləndirmə xarakterli görüş keçirilib.
Görüşdə çıxış edən DYPB-nin baş inspektoru, polis kapitanı Elçin Tağıyev şagirdlərə küçə və yollarda təhlükəsiz hərəkət qaydaları, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidləri, işıqfor siqnalları, velosiped və elektroskutur sürücülərinin, həmçinin sərnişinlərin vəzifələri haqqında ətraflı məlumatlar verib.

Tədbirin sonunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir