“Avroviziya”nın finalına start verildi – CANLI

Dünya




İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.

Oxu.Az-ın məlumatına görə, finalda ümumilikdə 26 iştirakçı çıxış edəcək: İki yarımfinalın 20 qalibi, həmçinin “Böyük beşlik” ölkələrinin – Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya və Fransanın və ev sahibi ölkənin təmsilçiləri.

Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Onlar birinci yarımfinalın ikinci hissəsində “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir