Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd “AK-74” markalı avtomatı təhvil götürüb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd “AK-74” markalı avtomatı təhvil götürüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 102info.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, 2 ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir