Dünyanın ən böyük aysberqi – “A23a”nın peyk şəkli yayımlanıb

Dünya
Spread the love


Rusiyanın “Roskosmos” şirkəti dünyanın ən böyük aysberqi – “A23a”nın peyk şəklini yayımlayıb.

Məlumata görə, aysberq Ueddel dənizindən Skotia dənizinə doğru hərəkət edir. O, qısa bir zamanda məhv ola bilər.

Qeyd edək ki, dünyanın ən böyük aysberqi 30 ildən sonra ilk dəfə hərəkət etməyə başlayıb. 1986-cı ildə buz şelfindən qoparaq sonradan uzun illər Ueddel dənizində qalan “A23a” Antarktika aysberqi qəfildən Cənub okeanına (Atlantik okeanı istiqamətində) doğru hərəkət etməyə başlayıb.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir