Ağcabədidə məktəblilərlə görüş keçirilib

Daxili İşlər Nazirliyi Sosial Tədbirlər

Ağcabədidə məktəblilərlə görüş keçirilib.

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xocavənd kəndində yerləşən 1,2 və 3 saylı tam orta məktəblərdə təhsil alan şagirdlərlə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə söz açan RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev və digər çıxışçılar narkomaniyanın səbəb olduğu fəsadlarla bağlı ətraflı məlumat veriblər. Şagirdlərə bu bəladan uzaq olmağı, ali təhsilə yiyələnməyi və sağlam həyat yaşamağı tövsiyə ediblər.

Sonda isə maraq doğuran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir