Moskva yaxınlığında qıza qısa geyindiyinə görə şiddət göstərən miqrant saxlanıdı – YENİLƏNİB + FOTO/VİDEO

Dünya
Spread the love


Rusiyanın Moskva şəhəri yaxınlığında yerləşən Naxabino qəsəbəsində qıza qarşı şiddət göstərən miqrant saxlanılıb.

Yayılan məlumata görə qıza qısa “şort” geyindiyinə görə şiddət göstərən miqranta cinayət işi açılıb. Onun öz ölkəsinə deportasiya olunmaq ehtimalı var.

Mənbə: Mash

15:24

Rusiyanın Moskva şəhəri yaxınlığında yerləşən Naxabino qəsəbəsində səhər qaçışına çıxan qız miqrant tərəfindən şiddətə məruz qalıb.

Aqressiv miqrant idman şortunda olan qızın qeyri-münasib geyindiyi düşünüb və elə bu səbəbdən də onu vurub.

Məlumata görə, 21 yaşlı Faina adlı qız uzun idman şortu və idman köynəyi ilə “Drujba” parkında qaçışa çıxıb. Bu zaman ona miqrant yaxınlaşıb və əlindən tutaraq şiddət göstərib. Daha sonra “Niyə belə görünürsən?”, – deyərək miqrant qızın üzünə vurub. Bundan sonra da o sakitləşməyib və iti addımlarla qızı təqib etməyə başlayıb.

Qızın dodağı partlayıb, üzü şişib. O döyüldüyü anları videoya çəkib və polisə müraciət edib. Hazırda miqrant saxlanılıb, onun deportasiya olunması gözlənilir. Lakin son məlumatlara görə, yanlış miqrant saxlanıldığı qeyd edilir. Fainaya hücum edən şəxsin axtarışları davam edir.

 

Mənbə: “Mash”, “SHOT” “Telegram”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir