ŞƏKİ POLİSİ MƏKTƏBLƏRDƏ
MAARİFLƏNDİRMƏ
TƏDBİRLƏRİNİ DAVAM
ETDİRİR

Azərbaycan Polisi Tədbirlər

ŞƏKİ POLİSİ MƏKTƏBLƏRDƏ
MAARİFLƏNDİRMƏ
TƏDBİRLƏRİNİ DAVAM
ETDİRİR.
Növbəti tədbir bu gün (15.02.2023) Şəki şəhəri 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib. Tədbirdə, Şöbə rəisi polis polkovniki Azər Muradov, təşkilati inspektor qrupunun baş inspektoru,
polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev ” Gənclər narkotikə yox deyir, narkomaniya ümumbəşəri bəladır” , ” Sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu ” mövzularında çıxış edib,məktəbliləri maraqlandıran sualları cavablandırıblar. Tədbirin yekununda məktəbin direktoru,Filyar İbrahimova belə tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək,hüquq mühafizə orqanının rəhbəri və əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir