Kəlbəcər RİH və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin birgə təşkilatçılığı ilə ” Zəfərin mübarək Vətən” devizi altında tədbir keçirilmişdir

Sosial
Spread the love

Kəlbəcər rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin birgə təşkilatçılığı ilə ” Zəfərin mübarək Vətən” devizi altında tədbir keçirilmişdir

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin əməkdaşları, vətən müharibəsi iştirakçıları, qazilər və məktəblilər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov çıxış edərək , 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən geniş söz açaraq, Xalq- iqtidar-ordu birliyinin düşmən üzərində qələbə çaldığını, şanlı zəfər qazanıldığını bildirmişdirlər. Həmçinin qeyd edilmişdir ki, Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müqəddəs ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində köklü islahatlar apararaq, Azərbaycan Silahlı Qüvvələrini müasir hərbi texnika ilə təchiz etmiş, möhkəm nizam-intizamlı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan yenilməz ordu yaratmışdır. Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildiriblər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər.
Natiqlər onuda vurğulayıblar ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman əziz tutularaq yad ediləcək, daima xatırlanacaqdır.Onların qəhrəmanlıq məktəbi gələcək nəsillərdə hərbi vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayacaqdır.
Vətən müharibəsi qaziləri və iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Daha sonra qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar, hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə fərqlənən məktəblilərə isə SHXÇDX-nin Kəlbəcər rayon şöbəsi tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir