Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

Cəmiyyət
Spread the love

Sabirabadda yol qəzası nəticəsində bir nəfər ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Axundov Məcnun Zabitağa oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir