Bursada taxta emalı fabrikində partlayış: Ölən və yaralılar var – VİDEO

Dünya

Bursanın İnegöl rayonunda taxta emalı fabrikində saat 13 radələrində baş verən partlayışdan sonra yanğın başlayıb. Nəticədə iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Bölgəyə tibbi yardım və xilasetmə qrupları cəlb edilib. Qara tüstünün rayon mərkəzindən də göründüyü yanğına 14 yanğınsöndürən müdaxilə edib. Yanğın bir saat sonra nəzarətə götürülüb.

Vali Yakup Canbolat və Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş bölgəyə gələrək araşdırmalara başlayıblar.

Vali Canbolat fabrikdə baş verən partlayışdan sonra içəridə dağıntılar altında kiminsə qalması barədə sualı cavablandırarkən bununla bağlı axtarışların getdiyini deyib.

“Bir nəfərlə bağlı dəqiqləşdirmələr aparmağa çalışırıq. Onunla əlaqə saxlamaq mümkün olmadı. Bu gün işdə idimi, burada idimi? Dəqiq məlumat yoxdur, amma bölgə ilə bağlı araşdırmalar sona qədər aparılacaq. Biz ona çatana qədər, istər burada olsun, istərsə də bayırda, işlər davam edəcək. Yanğınsöndürmə briqadamız və AFAD qrupları bununla bağlı işləyirlər”, –  deyə cavab verib.

Mənbə: Hürriyet

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir