Hindistanın “Snapdeal” elektron ticarət şirkətinin rəhbəri Kunah Bahl “Twitter” səhifəsində maraqlı təkliflə çıxış edib.
O, dünyanın ən varlı adamı olan İlon Maskın “Twitter” səhmlərinin 100%-i əvəzinə Şri-Lankanın xarici borcunu almasını təklif edib.
“İlon Maskın “Twitter” üçün təklifi 43 milyard dollardır. Şri-Lankanın xarici borcu isə 45 milyard dollardır. O, bu borcu aldıqdan sonra öz adını dəyişib Seylon Mask qoya bilər”, – Bahl qeyd edib.
www.102info.az
