Rusiya qoşunlarının Buçadan çıxarılmasından bir neçə gün sonra aprelin 4-dən 11-dək “Human Rights Watch” tədqiqatçıları şəhərə gedərək hərbi cinayətlər, digər qeyri-qanuni qətllər, zorlama, təcavüz və işgəncə ilə bağlı çoxlu sübutlar tapıblar.
Təşkilatın hesabatına görə, Rusiya qoşunları Buçanın işğalı zamanı “aşkar müharibə cinayətlərinin qara siyahısını” həyata keçirib.
“Buçanın indi demək olar ki, hər küncü cinayət yeridir”, – deyə sənəddə vurğulanıb.
www.102info.az
