Futbol millimizin hansı neytral meydanda oynayacağı bilindi

İdman

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirəcəyi səfər matçının yeri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Serbiyada oynanılacaq.

Görüş iyunun 6-da Novi Sad şəhərindəki “Karacorce” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir