Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”

Siyasət
Spread the love

“Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır”.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

“Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük”, – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil:

“Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir