Rusiya XİN Azərbaycanın Ukrayna ilə bağlı təşəbbüsünə münasibət bildirib

Dünya

“Moskva Ukraynadakı vəziyyətin həllinə yardım etmək üçün üçüncü ölkələrin bütün konstruktiv təşəbbüslərini nəzərdən keçirir”.

Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?” sualına cavab olaraq deyib.

“Biz heç vaxt üçüncü ölkələrin təklif etdiyi yardımdan imtina etməmişik. İndi biz bütün konstruktiv təklifləri nəzərdən keçiririk, faydalı və təsirli təşəbbüslərə cavab veririk. İnanırıq ki, bu, ən azı hansısa nəticələrə gətirib çıxara bilər”, – deyə diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya vasitəçilik və diplomatik nizamlanmaya köməklik istiqamətində öz hazırlığını ifadə edən hər kəsə minnətdardır.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir