Rusiya Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya edir

Dünya

Rusiya Avropa Şurasından çıxdığı üçün Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) denonsasiya etməyə məcburdur.

Bu barədə çərşənbə axşamı Dövlət Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

“Rusiya Avropa Şurasından çıxarkən Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya etməyə məcbur olacaq. Amma qorxmayın, ölkəmizdə bütün hüquqlar qeyd-şərtsiz təmin olunacaq. Parlament müstəvisində biz prosesə başlamağa hazırıq. Konvensiyanın denonsasiyası haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edildikdən dərhal sonra ona baxılacaq”, – Slutski “Telegram” kanalında yazıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir