Putin və Makron Ukraynanı müzakirə etdilər

Dünya

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla danışıb.

Kremlin mətbuat xidməti xəbər verir ki, telefon söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların gedişi barədə fikir mübadiləsi aparılıb.

“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya ilə davam edən danışıqlara dair hərtərəfli fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir