İqor Jovkva: “Kiyevin bu danışıqları aparması üçün əsas şərt atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır”

Baş səhifə
İqor Jovkva: “Kiyevin bu danışıqları aparması üçün əsas şərt atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır” “Təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə Kiyev Rusiyanın tələb etdiyi neytrallıq statusunu müzakirə etməyə hazırdır”.

“102info.az” “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da Kiyevin NATO-ya üzvlükdən imtina məsələlərini müzakirə edəcəyi şərtləri açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik təminatlarına ehtiyac var.

“Ukrayna təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə Rusiyanın neytrallıq tələbini müzakirə etməyə hazırdır, lakin o, bir qarış ərazisini də güzəştə getməyəcək”, – Jovkva vurğulayıb.

O, həmçinin qeyd edib ki, Kiyev vəziyyətin diplomatik yolla nizamlanmasına, Ukrayna və Rusiya prezidentləri arasında birbaşa danışıqlara hazırdır.

“Biz Rusiya Federasiyası ilə geniş spektrli məsələlər üzrə danışmağa hazırıq”, – Jovkva vurğulayıb.

Onun sözlərinə görə, Zelenskinin prezident Putinlə birbaşa dialoqa hazır olması faktı çox vacibdir. “İki ölkə prezidenti arasında birbaşa təmas dəhşətli müharibəyə son qoymaq üçün lazımdır”, – Jovkva deyib. //Qafqazinfo

O vurğulayıb ki, Kiyevin bu danışıqları aparması üçün əsas şərt atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır.

“Leqal.az”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir