Bakıda avtomobil kanala aşıb – VİDEO

Cəmiyyət

Sabunçu rayonunda yol qəzası baş verib.

102info.az xəbər verir ki, Ramana qəsəbəsində yoldan çıxan “Tofaş” markalı avtomobil su kanalına düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir