Avropa ölkələri 40-dan çox rusiyalı diplomatı qovur

Dünya

Niderland və Belçika təxminən 38 rusiyalı diplomatı ölkədən çıxardıqlarını elan edib.

Brüsseldən 21, Niderland kralllığındakı Rusiya nümayəndəliyindən isə 17 nəfər kənarlaşdırılacaq.

Bununla yanaşı, İrlandiya hakimiyyəti də Rusiyanın Dublindəki səfirini 4 diplomatın ölkədən çıxarılması barədə xəbərdar edib.

Hər üç ölkədə “arzuolunmaz şəxs”lərin “diplomatik pərdə altında çalışan kəşfiyyatçı” olduqları bildirilib.

Həmçinin, Çexiya da bir rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib. Heyət üzvünün 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirlib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir