Avrokuboklar: “Qalatasaray” “Barselona” səddini aşa bilmədi – VİDEO

İdman

Bu gün UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinə yekun vurulacaq.

102info.az xəbər verir ki, artıq bəzi qarşılaşmalar başa çatıb.

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Qalatasaray” İspaniya nəhəngi “Barselona” ilə cavab oyununa çıxıb. Kataloniyadakı ilk görüşdən fərqli olaraq, İstanbuldakı oyunda 3 qol vurulub. Matçda 2:1 hesabıyla qələbə qazanaraq növbəti tura adlayan isə  “Barselona” olub.

Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransa “Marsel”i “köhlən atlar”la eyni qrupda yer almış İsveçrə “Bazel”inin qonağı olub. İlk matçda 2:1 hesablı qələbə qazanan Liqa 1 təmsilçisi banklar ölkəsində də oxşar hesaba (1:2) nail olaraq tur adlayıb.

UEFA Avropa Liqası

1/8 final mərhələsi (cavab oyunları)

“Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) 1:2

İlk oyun – 0:0

“Bayer” (Almaniya) – “Atalanta” (İtaliya) 0:1

İlk oyun – 2:3

“Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya) 2:1

İlk oyun – 0:3

“Monako” (Fransa) – “Braqa” (Portuqaliya) 1:1

İlk oyun – 0:2

UEFA Konfrans Liqası

1/8 final mərhələsi (cavab oyunları)

“Bazel” (İsveçrə) – “Marsel” (Fransa) 1:2

İlk oyun – 1:2

“Kopenhagen” (Danimarka) – PSV (Niderland) 0:4

İlk oyun – 4:4

“Renn” (Fransa) – “Lester” (İngiltərə) 2:1

İlk oyun – 0:2

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir