Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 2-də saat 18 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü, Hacıqabul rayon sakini A.Şahsuvarovanın avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edildiyindən barəsində protokol tərtib olunub.
Avtomobildəki sərnişinlər – Sahib İdayətzadə və Tofiq Paşayev özlərini şübhəli apardıqlarından saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb.


www.102info.az
