Şəki DYP uşaq bağçalarında maarifləndirmə
tədbirlərini davam etdirir

Daxili İşlər Nazirliyi

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 22-də Şəki Şəhər 3 Saylı Uşaq bağçasında maarifləndirici tədbir keçirib. Qeyd olunub ki, tədbirin keçirilməsinin məqsədi , uşaqlar gələcəkdə,böyüyəndə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə,onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılmasıdır. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaqlara küçə,yol,səki,piyada,piyada keçidi,işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib . Uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdiriblər. Yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Sadiqova Mələk Sabir qızına təbliğat və təşviqat üzrə inspektor,polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat,hədiyyə təqdim olunub. Şəki Şəhər 3 Saylı Uşaq Bağçasının müdiri, Səadət Şirinzadə belə maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir