Füzulidə keçirilən əməliyyat zamanı 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Füzulidə keçirilən əməliyyat zamanı 3 kiloqram tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir