Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı – FOTO

Cəmiyyət




Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili mikroavtobusa çırpılıb.

Təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir