Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərini atəşə tutub.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.
Raket zərbələri nəticəsində dörd nəfər həlak olub. Yaralananlar var.
“Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzini atəşə tutub. İlkin məlumata görə, ölənlər və yaralananlar var”, – deyə Qladkov bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı raketlər yaşayış sektorunu da vurub. “Telegram” kanallarında yayılan videolara əsasən, raketlər şəhərin bir sıra ərazilərinə düşüb.
Həmçinin Fövqəladə Hallar Nazirliyi sakinlərə müraciət edib və evlərini tərk edərək sığınacaqlara getmələirini tövsiyə edib.
Şəhərdə raket təhlükəsi siqnalı işə salınıb.
Eyni zamanda Belqorodda atəşdən sonra nəticələri aradan qaldırılması üçün fövqəladə vəziyyət tətbiq etmək nəzərdə tutulur.
Mənbə: Rusiya KİV
www.102info.az
